Ukrayna riyakarlıqda hədd tanımayan Qərblə qana susayan Kremlin arasında qalıb...

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna riyakarlıqda hədd tanımayan Qərblə qana susayan Kremlin arasında qalıb...

Dünya

25 İyul 2023 16:48 717


Bu gün 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya qanunsuz müdaxilə etməsindən və sözdə “xüsusi hərbi əməliyyat” keçirməsindən 517 gün keçir. Təxminən il yarımdır davam edən qanlı döyüşlərdə Ukrayna ərazilərinin 20%-ə yaxını Rusiya ordusu tərəfindən işğal edilib. 

Tarixə ekskurs etsək, qardaş qırğınını törədən əlin kimə məxsus olduğunu müəyyənləşdirmək o qədər də çətin olmayacaq. 2014-cü ildəki “Maydan hərəkatı”ndan sonra Ukraynanın Donbasdakı ərazilərinin bir hissəsini itirməsi sözsüz ki, başda ABŞ olmaqla Qərb üçün böyük əhəmiyyət daşımırdı. Ukraynanın təbii sərvətlərinə - taxıl, qara torpaq, meşə ehtiyatı və s. gözünü tikən ABŞ imperiyalizmi 8 il sonra bölgədə böyük fəlakətin fitilini yandırdı. 1997-ci il NATO-Rusiya sövdələşməsində NATO-nun şərqə inteqrasiya etməyəcəyi ilə bağlı vədinə naxələf çıxması isə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə gətirib çıxardı. Ukrayna torpaqlarında saysız-amansız vəhşiliklər törədən Kremli buna vadar edən güc isə ABŞ oldu. 

2022-ci ilin sonlarında “Lend-Liz” paktını imzalayan Co Bayden hakimiyyəti bu gün Ukraynaya vəd edilən silahların yalnız 30%-ni Kiyevə göndərib. Hazırda torpaqları uğrunda ölüm-dirim savaşına çıxan ukraynalıların isə bu silahlara çox ehtiyacı var. Ən azından Xarkovdan-Xersona qədər uzanan 2 min kilometrlik cəbhə xəttində rusların müdafiə xəttini yarmaq üçün bu silahlar hazırda Ukraynaya hava və su kimi lazımdır.  pizza hut

Lakin buna baxmayaraq rəsmi Vaşinqton Kiyevi 1 aya yaxındır start götürən əks-hücum əməliyyatlarının gedişi ilə bağlı tələsdirir, hətta sonuncu Ukrayna əsgərinin həlak olmasına qədər bu müharibənin davam edəcəyini israr edir. Bundan başqa,Ukrayna kampaniyasının davam etdiyi bu müddət ərzində Qərb Şərqi Avropada ikinci bir konfrontasiya mühiti yaratmaq niyyətindədir. Ona görə də Polşanın Rusiya və Belarus sərhədi arasında yerləşən Suvalki dəhlizinə hərbi güclərini dislokasiya etməsi yəqin ki, təsadüfi bir hal deyil.

Bu gün Kreml də kartlarını açıq oynayır. Hətta Belarusun dili ilə Polşaya hədə-qorxu gəlməkdən belə çəkinmir. Putinin “Polşa torpaqlarını onlara Stalin hədiyyə verib” deyərək tarixi təhrif etməsini buna misal göstərmək olar. Reallıq budur ki, böyük imperiyalar hər zaman öz ambisiyaları üçün kiçikləri ayaqları altında əzməyə heyifsilənməzlər. 1939-cu ildə Nasist Almaniyasının Polşaya hücum etməsi və Polşanın SSRİ ilə Nasist Almaniyası arasında bölüşdürülməsi faktı bu gün Qərbin və Kremlin gizli sövdələşmələri əsasında Ukrayna üzərində baş verməkdədir. Təbii ki, hər kəs “tort”dan böyük pay qoparmaq niyyətindədir.

Qərb ilə Şərqin (Rusiya - red.) arasında qalan Ukrayna isə hazırda suverenliyi və torpaq bütövlüyü üçün savaşmaqdadır. Demək olar ki, artıq Ukrayna lideri Volodimir Zelenskinin də gözü açılıb və o, hər nə qədər gec olsa da, ağı-qaradan seçə bilir. Lakin bu gün nə Kiyev, nə də Moskva müharibənin dayandırılması üçün irəli addım atmırlar. Çünki Ukrayna hakimiyyəti müharibəni dayandırsa, Rusiyanın Avropadakı işğallarının sayı getdikcə artacaq və Putin II Stalin iması ilə Avropanı “fəth” edəcək. Həmçinin Ukrayna artıq amerikan imperiyalizminin köləsi olmağı qəbul edib və bundan çıxış yolu yoxdur.

Kremlə gəldikdə isə Ukrayna düzlərində əsgər itirməsinin səbəbi çox sadədir: hakimiyyətdə qalmaq. Rusiya tarixinə nəzər yetirəndə bu ölkədə baş verən inqilabların çoxunun müharibədəki məğlubiyyətlər, yaxud siyasi səhvlərin yekununda yaranmış katastrofik nəticələr olduğunu görmək elə də çətin deyil. Bu gün Qərb həyasızcasına Ukrayna amilindən istifadə edib sıravi ukraynalıların qətlinə susursa, Kreml də onun qədər günahkardır desək, yanılmarıq. Görünən odur ki, Putin hakimiyyətdə qalmaq üçün ən son variantlara belə atacaq. Çünki Rusiya siyasi elitası hər zaman hakimiyyət çevrilişi xofundan ehtiyat ediblər, indi də eynilə...

Qısası, bu gün Ukrayna iki böyük “canavar”ın dişləri arasında parçalanır. Bir yanda riyakarlıqda hədd tanımayan Qərb, digər yanda isə qana susayan Kreml... 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!