“Ukrayna Rusiyanın bütün şərtlərini bilir və onlar dəyişməyib” - Peskov

saytların hazırlanması

Evə çatdırılma

“Ukrayna Rusiyanın bütün şərtlərini bilir və onlar dəyişməyib” - Peskov

Dünya

05 Sentyabr 2022 12:07 864


Kremlin sözçüsü Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibə verib.

Yenisabah.az-ın məlumatına görə, Peskov bildirib ki, rəsmi Moskvanın Ukrayna prezidenti Vladimir Zelenski ilə danışacağı bir mövzu var.

Rusiya liderinin mətbuat katibi Kiyevlə mümkün dialoq mövzusunun adını da çəkib. O vurğulayıb ki, Rusiyanın şərtləri  eyni olaraq qalır. Dördpendirli pizza

“Əlbəttə - mövzu şərtlərimizin necə yerinə yetirilməsidir”.

Peskov vurğulayıb ki, Ukrayna Rusiyanın bütün şərtlərini bilir və onlar dəyişməyib.

“Əməliyyat davam edir, bütün məqsədlərə nail olunacaq”, - Kremlib sözçüsü əlavə edib

Onun sözlərinə görə, bu, Moskva və Kiyev arasında dialoqun yeganə mümkün mövzusudur,

Ukrayna prezidenti Vladimir Zelenski isə dəfələrlə danışıqlar masası arxasına oturmağa hazır olduğunu bildirib.

Bundan əvvəl Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski Rusiyanın Ukrayna ilə danışıqlara hansı şərtlərlə hazır olacağını açıqlamışdı. Onun sözlərinə görə, Ukrayna tərəfi qeyd-şərtsiz təslim olmağa hazır olarsa, Moskva danışıqlar prosesini nəzərdən keçirməyə hazırdır.

Öz növbəsində, Ukrayna prezidentinin Aparat rəhbərinin müşaviri Mixailo Podolyak Ukraynanın Rusiya ilə danışıqlarını “ölüm hökmü” adlandırıb və respublika rəhbəri Vladimir Zelenskinin birmənalı olaraq onlara qarşı olduğunu vurğulayıb.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında danışıqların perspektivlərini qiymətləndirib. O xatırladıb ki, artıq həm Belarus ərazisində, həm də Türkiyə ərazisində danışıqlar aparılıb, lakin Ukrayna rəhbərliyi “bu danışıqlara ehtiyacımız olmadığını” deyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!