Ukrayna şəhərlərinə dron hücumu - Yaşayış binaları dağılıb, yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna şəhərlərinə dron hücumu - Yaşayış binaları dağılıb, yaralananlar var

Dünya

13 May 2023 12:17 827


Mayın 13-nə keçən gecə rus qoşunları yenidən Ukraynaya hücum edib. 

“AzPolitika.info” Ukrayna mediasına istinadla xəbər verir ki, Xmelnitski vilayətində pilotsuz təyyarənin hücumu nəticəsində 11 nəfər yaralanıb.

Ukrayna hakimiyyətinin məlumatına görə, yaşayış məntəqələrindən kənarda yerləşən mühüm infrastruktur obyektinə zərbə endirilib. Partlayış nəticəsində yüzlərlə yaşayış binası, təhsil və tibb müəssisəsi, inzibati və sənaye binaları zərər görüb. pizza mizza

Nikolaev şəhərində “Şahed” dronlarının hücumu nəticəsində 3 nəfər yaralanıb. Mərmilər müəssisədəki beşmərtəbəli yaşayış binasına və ikimərtəbəli binaya ziyan vurub - orada yanğınlar başlayıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Kiyev mayın əvvəlindən bəri altıncı dəfə hücuma məruz qalıb, bu dəfəki əməliyyatda ancaq “Şahed” dronları istifadə olunsa daonların hamısı Ukrayna HHQ qüvvələri tərəfindən vurulub.

Məlumata görə, dünən gecə Ukrayna Hərbi Hava Qüvvələri ölkənin müxtəlif bölgələrində 21 pilotsuz təyyarənin buraxılmasını qeydə alıb, onlardan 17-i vurulub.

Rusiya Müdafiə Nazirliyi səhər saatlarında Rusiya ordusunun müharibənin cənub sektorunda “düşmənin dayaq məntəqəsini və texnikasını” məhv etdiyini və pilotsuz uçuş aparatlarından istifadə etməklə atəşin tənzimləndiyini bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!