Ukrayna Silahlı Qüvvələri Rusiyanın 4 təyyarəsini vurdu

Ukrayna Silahlı Qüvvələri Rusiyanın 4 təyyarəsini vurdu

Dünya Veb saytların hazırlanması

24 Sentyabr 2022 21:24 1093


Ukrayna Silahlı Qüvvələri Rusiyanın dörd təyyarəsini vurub.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

Məlumata görə, hava hücumundan müdafiə bölmələri dörd təyyarəni (Su-25, iki Su-30 və bir Su-34) hədəfə alıb.

Həmçinin Rusiyanın dörd komanda məntəqəsi, canlı qüvvə və texnikasının cəmləşdiyi 20-dən çox ərazi vurulub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, sentyabrın 24-nə olan məlumata görə, şəxsi heyət arasında Rusiyanın ümumi döyüş itkiləri təxminən 56 300 nəfərdir. Həmçinin 956 operativ-taktiki pilotsuz uçan aparat məhv edilib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!