"Bu həftə Ukrayna taxılına dair saziş imzalamağı hədəfləyirik".
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O deyib: "Ötən həftə İstanbulda aparılan danışıqlar nəticəsində BMT-nin planı çərçivəsində prosesin ümumi konturları ilə bağlı razılıq əldə olunub. İndi biz sənədi imzalamaqla bu razılaşmanı möhkəmləndirmək istəyirik". Pepperoni pizza
Ərdoğan vurğulayıb ki, o, yaxın günlərdə planın icrasına başlanacağına ümid edir.
Ötən həftə Rusiya, Türkiyə, BMT və Ukrayna arasında Ukrayna taxılının ixracına dair danışıqlarda iştirakçılar İstanbulda koordinasiya mərkəzinin yaradılması barədə razılığa gəliblər və limanlarda birgə taxıl nəzarəti sisteminə dair razılığa gəliblər.
Telegram kanalımız