Ukrayna vətəndaşının adı “qara siyahı”dan çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna vətəndaşının adı “qara siyahı”dan çıxarıldı

Maraqlı

31 Yanvar 2019 00:18 1106


Ukrayna vətəndaşı Konstantin Andriyuk Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörmət etdiyini bildirən K.Andriyuk gələcəkdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinəcəyini vurğulayıb.

Eyni zamanda, o, gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib.  Pepperoni pizza

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!