Ukraynalı futbolçu Mudrik uzun müddətə diskvalifikasiya edildi

saytların hazırlanması

Evə çatdırılma

Ukraynalı futbolçu Mudrik uzun müddətə diskvalifikasiya edildi

İdman

29 Aprel 2026 22:44 107


İngiltərə Futbol Assosiasiyası "Çelsi"nin ukraynalı yarımmüdafiəçisi Mixail Mudriki antidopinq qaydalarını pozduğuna görə dörd il müddətinə diskvalifikasiya etmək qərarına gəlib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs öz "X" səhifəsində yazıb.

Hazırda futbolçunun işi İdman Arbitraj Məhkəməsinə verilib.

2024-cü il dekabrın 17-də Ukraynanın Tribuna portalı M.Mudrikin oktyabr ayında verdiyi dopinq testində (A nümunəsi) qadağan olunmuş maddənin aşkarlandığını bildirmişdi. Lakin mənbə söhbətin hansı maddədən getdiyini dəqiqləşdirməmişdi.

Həmin vaxt "Çelsi"nin futbolçusu dopinq testindən keçə bilmədiyini təsdiqləmişdi.

Daha sonra Britaniyanın "Daily Mail" qəzeti FA-nın fevral ayından etibarən M.Mudriki müvəqqəti olaraq kənarlaşdırdığını xəbər vermişdi.

Yarımmüdafiəçi sonuncu dəfə 1 dekabr 2024-cü ildə İngiltərə çempionatında "Aston Villa"ya qarşı keçirilən matçda (3:0) "Çelsi"nin iştirak ərizəsinə daxil edilmişdi./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!