Ukraynalı turist, yoxsa ukraynalı qaçqın?   - Müharibə otelçilərin çörəyinə yağ çəkmir

saytların hazırlanması

Evə çatdırılma

Ukraynalı turist, yoxsa ukraynalı qaçqın? - Müharibə otelçilərin çörəyinə yağ çəkmir

Sosial

25 Mart 2022 16:32 801


“Ukraynadan Azərbaycana təxminən 1000-1500 turist gəlib”.

Bunu Yenisabah.az-a açıqlamasında turizm və otelçilik üzrə ekspert Cabir Dövlətzadə deyib.

Onun sözlərinə görə, turist qismində gələn imkanlı şəxslər əsasən fərdi sahibkarların evlərində məskunlaşırlar: pizza sifarişi

“Bəzi otellərdə Ukraynadan gələnlər var. Bu, azərbaycanlı iş adamları tərəfindən dəstəklənir. Lakin gələnlərin sayı tam dəqiq deyil”.

Ekspert qeyd edib ki, müharibə ilə bağlı Ukrayna və Rusiya bazarı bağlı olduğuna görə bu ölkələrdən gələn müştərilərin sayı yox dərəcəsindədir:

“Hazırda Azərbaycana gələnlər əsasən ərəb və pakistanlı turistlərdir. Rusiya və Ukraniyadan axın yoxdur. Beynəlxalq uçuşlar dayandırılıb. Ona görə də, Rusiya bazarından gələn turist sayı çox azalıb”.

Qeyd edək ki, keçmiş postsovet mıəkanında müharibə əksər sabiq müttəfiq respublikaların turizmini iflas həddinə çatdırıb. Qlobal pandemiyadan sonra bu turizm bazarına daha bir ciddi əngəldir.

Bununla bərabər, Rusiya hökuməti bir çox Şərq ölkələrində dincələn rus turistlərə vətənə rahat yetişmək imkanı kimi Bakıdan istifadə istifadə etməyi tövsiyə edib. Bir müddət əvvəl paytaxtda rus qonaqların çoxluğu da bununla izah olunur.

Eyni zamanda, Rusiya-Ukrayna münqaişəsi nəticəsində Azərbaycana bu günə qədər 9500-dən çox şəxs təxliyə edilib.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib. Onun sözlərinə görə, onların bir hissəsi Ukrayna vətəndaşlarıdır.

Xidmət rəhbəri bildirib ki, hazırda Azərbaycanda 6800-ə yaxın Ukrayna vətəndaşı yaşayır:

"Onların 40 faizi, yəni 2800 nəfəri son 15 gündə Azərbaycana gələnlərdir. Bu şəxslər həm təxliyə prosesi çərçivəsində, həm də müstəqil şəkildə ölkəyə daxil olublar. Onların ölkədə olma müddəti 90 gün müəyyən edilib. Təxliyə olunanlardan çoxsaylı sığınacaq müraciətəri var".

Odur ki, hazırda Azərbaycanda olan rusiyalı və ukraynalıların turist, yaxud müvəqqəti məskun olduğunu aydınlaşdırmaq da çətinləşib. 

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!