Ukraynanın “Azov” alayının döyüşçüləri azad edildi

saytların hazırlanması

Evə çatdırılma

Ukraynanın “Azov” alayının döyüşçüləri azad edildi

Dünya

22 Sentyabr 2022 07:20 1049


Ukrayna və Rusiya növbəti əsir mübadiləsini həyata keçirib.

Məlumata görə, bu dəfə Ukraynanın “Azov” alayının döyüşçüləri azad edilib.

Mübadilə çərçivəsində keçmiş xalq deputatı, “Müxalifət Platforması - Həyat naminə” birliyinin liderlərindən biri Viktor Medvedçuk Rusiya tərəfinə təhvil verilib. Dominos pizza

Qeyd edilir ki, may ayında Rusiya V.Medvedçukun “Azovstal”ın müdafiəçilərinə dəyişdirilməsinə qarşı çıxıb. Bu mövqe onun Ukrayna vətəndaşlığının olması ilə izah edilib.

Yazda Medvedçukun Ukrayna Silahlı Qüvvələrində xidmət etmiş əsir Britaniya vətəndaşları ilə dəyişdirilə biləcəyi barədə də xəbərlər yayılıb. Böyük Britaniyanın o vaxtkı baş naziri Boris Conson demişdi ki, müvafiq qərarın qəbulu Kiyevdən asılıdır. 

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!