Ukraynanın əks-hücuma keçməsi üçün Aİ qərar verməlidir

saytların hazırlanması

Evə çatdırılma

Ukraynanın əks-hücuma keçməsi üçün Aİ qərar verməlidir

Dünya

11 Mart 2023 13:00 647


Avropa İttifaqı Ukrayna üçün silah almaq üçün istifadə olunan fondu tezliklə 3,5 milyard avro (3,7 milyard dollar) artıra bilər.

Yenisabah.az xəbər verir ki, bunu Avropa İttifaqının yüksək rütbəli rəsmisi bildirib.

Aİ-nin xarici işlər naziri Josep Borrellin tərtib etdiyi plana əsasən, Aİ ölkələri Ukraynaya daha çox artilleriya mərmisi göndərmək üçün 1 milyard avro (1,06 milyard dollar) maliyyə stimulları alacaq və daha 1 milyard avro yeni mərmilərin birgə alınmasına yönəldiləcək. pizza sifarişi

"Əgər bu 2 milyard avroluq paket üzrə razılaşma əldə olunarsa, AƏF-in (Avropa Sülh Fondu) resursları tükənəcək. Üzv dövlətlər 3,5 milyard avroluq bu yeni mümkün əlavə ödənişi etmək istəyib-istəmədiklərini və bunu nə vaxt edəcəklərinə dair qərar verməlidirlər", - deyə Borrelll vurğulayıb.

Ukrayna səlahiyyətliləri əks-hücuma başlamaq üçün bu il 4 milyard avro dəyərində 1 milyon 155 millimetrlik mərmi almaq üçün bir araya gəlməyə çağırıb.

Aİ rəsmisi hesablayıb ki, bir milyon mərmi yerdəki taktiki vəziyyətdən asılı olaraq üç aydan beş aya qədər Ukraynanı qorumalıdır.

Bununla belə, Qərbin silah ehtiyatları müharibə başlayandan bir ildən çox vaxt keçdikdən sonra tükənib və mənbəyə görə, 155 mm-lik artilleriya mərmiləri Ukraynaya sifariş verildiyi gündən təxminən bir il sonra çatdırıla bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!