Ukraynanın Krımı vurmasını dəstəkləyirik - ABŞ rəsmisi 

saytların hazırlanması

Evə çatdırılma

Ukraynanın Krımı vurmasını dəstəkləyirik - ABŞ rəsmisi 

Dünya

17 Fevral 2023 08:57 737


Ukrayna Krımın demilitarizasiyası olmadan heç vaxt təhlükəsiz olmayacaq. 

Yenisabah.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirib. 

Onun sözlərinə görə, Vaşinqton Kiyevin Krımdakı hərbi obyektlərə zərbələr endirməsini dəstəkləyir.  pizza sifarişi

Xanım Nuland deyib ki, Krımda Rusiyanın mühüm logistik məntəqələrə çevirdiyi nəhəng hərbi obyektlər var.  "Bunlar qanuni hədəflərdir, Ukrayna onları vurur və biz bunu dəstəkləyirik", - deyə ABŞ rəsmisi qeyd edib. 

Rusiyanın Vaşinqtondakı səfirliyinin mətbuat katibi İqor Girenko Nulandın bəyanatını tənqid edib. O bildirib ki, Nulandın bəyanatları Vaşinqtonun hərbi münaqişədə iştirak etdiyini göstərir. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!