Ukraynanın müdafiə naziri: “Ordumuz hələ tam əks-hücum əməliyyatına başlamayıb”

saytların hazırlanması

Evə çatdırılma

Ukraynanın müdafiə naziri: “Ordumuz hələ tam əks-hücum əməliyyatına başlamayıb”

Dünya

26 İyun 2023 08:59 516


Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ölkənin Silahlı Qüvvələrinin iyunun əvvəlində başladığı əks-hücum əməliyyatını “bir növ hazırlıq” adlandırıb. 

“Report” xəbər verir ki, nazir bu barədə Amerikanın “Fox News” telekanalına müsahibəsində bildirib.

O, etiraf edib ki, Rusiya hərbçiləri yaxşı müdafiə xətləri qurublar və əks-hücumun nəticəsi ilə bağlı gözləntilər həddən artıq çox olub. pizza hut

Eyni zamanda, nazir əmin olduğunu bildirib ki, əks-hücum tam başlanan kimi uğurlu olacaq və Ukrayna “qələbəyə daha bir addım yaxınlaşacaq”.

Bundan başqa, Reznikov əlavə edib ki, döyüşlər zamanı “müxtəlif şərait və müxtəlif maneələr” var və Ukrayna öz cəsur və qətiyyətli döyüşçülərini təhlükəyə atarkən çox diqqətli olur: “Biz onların həyatını xilas etməyə çalışırıq”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!