Ukrayna səfiri: “Ruslar geri çəkildi, çünki “Bayraktar“lar onları rahat buraxmadı“

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna səfiri: “Ruslar geri çəkildi, çünki “Bayraktar“lar onları rahat buraxmadı“

Dünya

30 İyun 2022 15:27 829


“Rusiyalılar geri çəkildilər, çünki Ukraynanın “Bayraktar”ları onları rahat buraxmadı”. 

“Report” xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar tviterdə yazıb.

“İlan adası bu savaşın simvollarından biridir. Rusiyalılar “xoşməramlı addım” olaraq hərbçilərini oradan geri çəkdiyini söyləyib. Əslində, geri çəkildilər, çünki Ukraynanın “Bayraktar”ından açılan atəşlər onları heç rahat buraxmadı. İlan adası yanır, amma işğalçının ayağı oranı tapdalamır”, - səfir qeyd edib. pizza hut

Xatırladaq ki, bu gün Ukraynanın “Cənub” əməliyyat komandanlığı İlan adasının işğaldan azad edildiyini açıqlayıb. Bu məlumatı Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!