“27 ölkə artıq Ukraynaya silah tədarükünə 97 milyard dollar xərcləyib”.
Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
O, Rusiya Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında deyib ki, Ukrayna Silahlı Qüvvələri əhəmiyyətli itki verib. Sezar pizza
Şoyqunun sözlərinə görə, itkilərin yerini doldurmaq üçün NATO ölkələri rəsmi Kiyevə hərbi yardımı dəfələrlə artırıb. “27 ölkə artıq Ukraynaya silah tədarükünə 97 milyard dollar xərcləyib ki, bu da amerikalıların Əfqanıstanda tərk etdiyindən qat-qat çoxdur. Onun bir hissəsi terrorçuların əlindədir və bütün dünyaya yayılmaqdadır. Ukraynadan gələn silahların sabah kimin əlinə keçəcəyi məlum deyil”.
Telegram kanalımız