Ülviyyə Alovlu meydan oxudu: “Gəlib aparsınlar“

saytların hazırlanması

Evə çatdırılma

Ülviyyə Alovlu meydan oxudu: “Gəlib aparsınlar“

Şou

19 May 2023 13:09 973


Jurnalist Ülviyyə Alovlunun axtarışda olması ilə bağlı məlumat yayılıb. Bu barədə qərar Binəqədi Rayon Məhkəməsində çıxarılıb. 

Yenisabah.az xəbər verir ki, onu məhkəməyə verən Xalq artisti Flora Kərimova 5 aydır Ülviyyənin tapılıb məhkəməyə gətirilmədiyini deyib.

Ü.Alovlu da öz növbəsində cavab paylaşımı edib:  Pepperoni pizza

"Murad Arifin ilk solo konsertinə hazıram. Heç kim də məni axtarmır. 2022-ci ilin xəbərlərini gündəmə gətirməyə, gündəmdə qalmağıma çalışdı. 2022-ci ilin sənədini 2023-cü il kimi qələmə verir. Getdiyim hər yeri bundan sonra işarələyəcəyəm. Heydər Əliyev Sarayında olacağam, kimsə axtarırsa, gəlib aparsın. Hakim Abbas Rzayevə zəng edirəm, deyir ki, belə bir şey yoxdur. Yenilənmiş, gözəlləşmiş halda buradayam". 

Xatırladaq ki, tərəflər arasında qalmaqala səbəb Ü.Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!