Unibank daha bir mükafat aldı.
"Yeni Sabah" xəbər verir ki, Unibank ilk dəfə keçirilən “Milli KSM mükafatı - 2018” müsabiqəsinin qalibi seçilib. Dövlət və özəl qurumların nümayəndələrindən ibarət müsabiqə komissiyasının qərarı ilə bank “İdman sahəsində ilin layihəsi” nominasiyasının qalibi olub.
Xatırladaq ki, Unibankı 2018-ci ilin əvvəllərində Azərbaycan bank sektorunda ən böyük Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza atıb. 2018-ci ilin mart ayından etibarən bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. 2020-ci ilin yayınadək bank komandanın yerli və xarici səfərlərini, təlim-məşq toplantılarını maliyyələşdirəcək. Sezar pizza
Telegram kanalımız