“Unibank” ASC 2026-cı ilin 2-ci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirlərində nəzərəçarpacaq artım qeydə alınıb. Bankın faiz gəlirləri ötən ilin eyni dövründəki 119,343 milyon manatdan 143,285 milyon manata yüksəlib. Bu, illik müqayisədə 23,942 milyon manat və ya 20,1% artım deməkdir.
Faiz gəlirlərinin əsas mənbəyi ənənəvi olaraq müştərilərə verilən kreditlər olub. Bu sahədən əldə olunan gəlir 113,988 milyon manatdan 134,525 milyon manata çatıb. Artım 20,537 milyon manat və ya 18% təşkil edib. Dördpendirli pizza
Banklar və digər maliyyə institutlarına verilmiş kreditlər üzrə faiz gəlirləri də əhəmiyyətli dərəcədə artıb. Göstərici 260 min manatdan 712 min manata yüksəlib ki, bu da 452 min manat və ya 173,8% artım deməkdir.
Depozitlər üzrə faiz gəlirlərində də ciddi yüksəliş olub. Banklar və digər maliyyə institutlarında yerləşdirilən depozitlərdən əldə olunan gəlir 1,154 milyon manatdan 3,014 milyon manata çatıb. Artım 1,860 milyon manat və ya 161,2% olub.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 1,918 milyon manatdan 2,506 milyon manata yüksəlib. Bu istiqamətdə artım 30,7% təşkil edib.
Bankın xalis faiz gəliri də artıb. Ötən ilin II rübündə 69,052 milyon manat olan bu göstərici cari ilin eyni dövründə 78,362 milyon manata çatıb. Beləliklə, xalis faiz gəliri 9,310 milyon manat və ya 13,5% yüksəlib.
“Unibank”ın qeyri-faiz gəlirlərində də artım müşahidə olunub. Bu gəlirlər 58,462 milyon manatdan 71,343 milyon manata yüksələrək 12,881 milyon manat və ya 22% artıb.
Qeyri-faiz gəlirlərinin əsas hissəsini haqq və komissiya gəlirləri təşkil edib. Bu mənbədən əldə olunan gəlir 51,203 milyon manatdan 58,153 milyon manata yüksəlib. Artım 6,950 milyon manat və ya 13,6% olub.
Xarici valyuta əməliyyatlarından əldə olunan gəlirlər isə 6,768 milyon manatdan 12,849 milyon manata çatıb. Bununla da həmin gəlirlər 6,081 milyon manat və ya 89,9% artıb.
Telegram kanalımız