Ünvanlı sosial yardım kəsilsə əvəzində nə olacaq? - Cavab

saytların hazırlanması

Evə çatdırılma

Ünvanlı sosial yardım kəsilsə əvəzində nə olacaq? - Cavab

Sosial

08 Noyabr 2023 10:52 14730


“Ünvanlı sosial yardımları daim vermək olmaz. 1 il verilir, sonra gərək həmin adamlar işləsin”. 

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Millət vəkili bildirib ki, adamları ələbaxımlı öyrədə bilmərik:

“Bu vəsait yarım milyarda gəlib çatıb. Bu gün ÜDY-ə ehtiyacı olanlara bu pul verilməlidir. Ehtiyacı olmayanlara bu pul verilməməlidir, bu sahədə islahatlar getməlidir”.  pizza

Aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımı olan ünvanlı dövlət sosial yardımı artıq bir neçə ildir ki, ölkəmizdə tətbiq edilir. Ümumilikdə isə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarınının məcmusundan aşağı olan ailə aztəminatlı ailə hesab edilir. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən bir il müddətinə təyin olunur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il iyulun 1-i vəziyyətinə əsasən 80,3 min aztəminatlı ailənin 352,4 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 105,32 manat təşkil edib. 

Qeyd edək ki, bu gün aztəminatlı ailələr işsizlik, maddi imkanların olmaması səbəbindən ünvanlı sosial yardım almaq məcburiyyətində qalırlar. Onu da vurğulayaq ki, bu gün bir sıra xarici ölkələrdə bu istiqamətdə bir sıra proqramlar həyata keçirilir. 

Məsələn, ABŞ-da “ərzaq bankı” adlanan proqram həyata keçirilir ki, burada ehtiyacı olan vətəndaşlar istədiyi ərzağı əldə edə bilirlər. Ölkəmizdə onsuz da ünvanlı sosial yardımın əldə edilməsi ilə bağlı vətəndaşlar çətinliklərlə üzləşirlər.

Ünvanlı sosial yardım dayandırılarsa, hökumət hansı alternativ variant tətbiq irəli sürür? 

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, hökumətin borcu alternativ, cəlbedici iş yerlərinin yaranması üçün müəyyən addımlar atmaqdır: 

“Bundan sonra artıq təklif olunan işlər, yaxud istiqamətlər çoxaldıqca vətəndaşlar da sosial müavinətlər almaqdansa normal işləyib yaxşı maaş almağa üstünlük verəcəcəklər. Problemə bu istiqamətdən baxmaq lazımdır ki, alternativlər nədir, hökumət nə təklif edir. Elə təşviq proqramları olmalıdır ki, vətəndaşlar doğurdan da sosial müavinət yox, əməkhaqqı alsınlar. Birincisi, bu, vətəndaşın günahı deyil. İkincisi, elə kateqoriyalı insanlar var ki, onlar daim sosial müdafiə qayğısına möhtacdırlar.

Belə ki, əngəlli, iş qabiliyyətini itirmiş, müəyyən problemli insanlar daim sosial müdafiə qayğısından faydalanmalıdırlar. Ona görə də bu, vətəndaşları günahlandırmaq cəhdi kimi görünür. Sanki onlar işləmək istəmir və ancaq sosial yardım almaq istəyirlər. Əslində elə deyil. Azərbaycan vətəndaşı çalışqandır. Əgər o görsə ki, yüksək deyil, normal maaşlı işdə seçim imkanları var, sosial yardımdan daha çox maaş almaq imkanı yaranıb,  gedib həmin işlə məşğul olacaq”. 

Xarici ölkələrdə təşkil edilən ərzaq banklarına gəldikdə isə ekspert deyir ki, həmin ölkələrdə bunu mərkəzi hökumət deyil, seçilmiş bələdiyyələr, QHT-lər edir:

“Azərbaycanda bu ənənənin yaradılmasına ehtiyac var ki, bizdə də Böyük Şəhər Bələdiyyəsi formalaşsın və QHT-lər də burada aktiv rol almağa başlasınlar”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Nazilə
    Uşaq pulu verilsin .
    2 years ago
  • Saleh
    Siyavuş məllim 352.4 aznlə bir ayını keçirə bilər görəsən? Ançağ işləri gücləri boş boş söbətlər milləti əzməkdi!!!
    3 years ago
  • Musayeva Elnare
    Sehid ailesiyem kirayede yasayiriq.geleceyin esgerini igidini boyudurem. surunuruk desek daha dogru olar.ne sosial ne pensiya hara muraciet etdimse her kes utanmadan imtina etdi.bu sosial kimlere verilir bir anlaya bilsem:((
    3 years ago
  • Valeh
    Sosyal mavinat hele almamışam ne qazım var ne işıgım ikide esger böyüdürem sosyal yardım ne olan şeydi varlılar onu o vaxtı 190manatıda varlılar aldı uşak pulu niye vermirsiz canap nazirler sizin olan mülk ele bilirsiz hamıda o mülkden var ama yox ele deyil 246manat size verseler dolana bilersiz?Heç vaxt.renc rovere minib gezmek deyiley kasıblarıda fikirleşin biraz torpagıda kasıblar aldı
    3 years ago
  • Süvinc
    2 usaq boyudurem boyuyun 15 yasi var pisixolji xestedi,ne pensiya aliram ne isleyirem,sosialada muraciet edirem imtina gelir,deyin gorek bu zamanede nece dolanaq.hec olmasa usaqlara usaq pulu verilsin
    3 years ago
  • Elmir
    Salam mən rəsmi işləmirəm sosial düzəltmək üçün müraciət edirəm deyir rəsmi işin olmalıdı başa düşə bilmirəm ki azteminatli ailə deyəndə nəyi nəzərdə tuturlar.adam varki aylıq gəliri 1000 manatdı rüşvət verib sosial düzəldir hətta adında maşında var bəs o necə alir
    3 years ago
  • Malik
    Ay Səy avuş müəllim iş yeri olsa camaat Da gil kimilərinə ağız açmazlar
    3 years ago
  • Pərviz
    Yaxşı maaş verən iş yeri olsa heç kim sosial yardıma ehtiyacı qalmaz.400 manat maaşla 3 uşaq böyütmək olar? 6 aydır sosial yardım almaq üçün müraciət edirəm imtina verilir.guya sosial yardımı almaq olurki
    3 years ago
  • Ləman
    15 ildi 2 uşaq böyütmüşəm onun bir ilini sosial yardim almişam.Hökümətə xəyanət eden hər kəsin burnundan gəlsin dişimi sıxıb yaşamışıq.
    3 years ago
  • Xədicə
    Mən neçənci muraciətimdir ki cavabsız qalır gözəl dövlət başçımız var amma bəzi şəxsiyyətin itirmiş cammatin puluna yasiyan ac məmurların sayəsində mən və mənim kimi zülmlə əziyyət çəkən insanlar övladlarının haqqını ala bilmirlər hansını onların varlı qohumları yeyir uşaqlarımın haqqını onların burnundan gəlsin
    3 years ago
  • Xanim
    Men işleyib maaş aliramda catmir axi dolanmaqima.Saqolsun hokumetimiz sosial yardimda verir he bir balaca dolaniram
    3 years ago
  • Ramin
    Sən özün bilirsenki nə danışdığını harda gedib işləsinlər iş yeri var mənim ailəm rayonda özüm Bakıda işləyirəm çatdıra bilmirəm ev tutub bakıya ailəmi gətirə bilmirem sən nə danışdığını bilirsen...ay Səyavuş Avropa bizden mindəfə yaxşı yaşayır..
    3 years ago
  • Vazeh
    Zəhmət çək, ay Səyəvuş iş yeri aç, uşaqpulu ver, adamlar da ünvanlı yardıma ehtiyac duymasın.
    3 years ago