“Ürəyim partlayır, amma danışmağa icazə vermirlər“   - Xatirə

saytların hazırlanması

Evə çatdırılma

“Ürəyim partlayır, amma danışmağa icazə vermirlər“ - Xatirə

Şou

27 Noyabr 2020 11:09 5882


Müğənni Xatirə İslam son paylaşımı ilə diqqət çəkib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında fotosunu paylaşan ifaçı izləyiciləri təəccübləndirib. Belə ki, o, fotoya "Mənim ürəyim bəzi şeylərə görə partlayır, lakin evdə danışmağa izacə vermirlər. Deyirlər nəyinə lazımdır, qarışma” – , deyə şərh yazıb.

Müğənni əsəbiləşdiyini qeyd etsə də, bunun səbəbini gizli saxlayıb: pizza mizza

“Amma mən oturduğum yerdə infakt ola bilərəm danışmasam. Bəlkə bir veriliş açım sonra da evdə mənə danışmağa imkan verməyən dostlarıma deyim ki, mənlik deyil, mövzunu rəhbərlik belə tapşırıb. Kim tapa bilər mənim əsəbimin səbəbini. İp ucu verim ki, mənə aid deyil”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!