Əməkdar artist Nahidə Orucova görmədiyi qardaşı oğlunu axtarır.
Yenisabah.az xəbər verir ki, bu haqda aktrisa "Səni axtarıram" verilişində danışıb. O, 23 ildir görmədiyi qardaşı oğlunun axtarışına çıxıb.
Aktrisa qardaşı öldükdən sonra gəlinlərinin uşağı onlara göstərmədiyini deyib: "Qardaşım öləndən sonra qız tamam kənara çəkildi, heç elə bil bunun əri ölməyib, soyuqqanlı davrandı. Ortaya düşən mən və bacım idik. Uşağın 2 yaşı olanda dedi ki, sizdən kömək istəmirəm. Yaşadıqları evi dəyişdilər, anası oğlanı göstərmədi bizə. Sonra onları axtardım, amma tapa bilmədim". Marqarita pizza
Aktrisa uşağın qardaşından olub-olmamasından şübhəli olduğunu bildirib: "Mən uşağın qardaşım oğlu olduğundan şübhələnirəm. Ona görə də tapsam, DNA analizi tələb edəcəyəm".
Həmin görüntüləri 48-ci dəqiqədən etibarən izləyə bilərsiniz:
Telegram kanalımız