Uşaqlara işgəncə verənləri nə gözləyir? – 5 ilədək həbs…

saytların hazırlanması

Evə çatdırılma

Uşaqlara işgəncə verənləri nə gözləyir? – 5 ilədək həbs…

Sosial

04 Sentyabr 2022 09:20 6421


Bakıda yerləşən "Mehnur” Reabilitasiya Mərkəzində azyaşlı uşaqlara işgəncə verilməsi ilə bağlı iki nəfərin saxlanılması haqda xəbər vermişdik.

Mərkəzdə fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəylinin polis əməkdaşları tərəfindən saxlanılıb və faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb.

Adıçəkilən şəxsləri hansı cəza gözləyir? “Yeni Sabah” bildirir ki, sözügedən maddəyə görə, CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə (qəsdən sağlamlığa ağır zərbə vurma) səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə hadisəsi ilə bağlı iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  Dominos pizza

133.2. Eyni əməllər:

133.2.1. iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə;

133.2.2. aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə;

133.2.3. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;

133.2.4. təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə;

133.2.5. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə;

133.2.6. işgəncə verməklə törədildikdə 

iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mahmud
    Həəəə, qullar zindana, dar ağacına, ağa və xanımlar kef çəksinlər. Sədərəkin icra başçısının qızı Nuriçkaya dəymək olmaz, anası şahənşahə yaxın, özü də "kiçik rorpaq"dan.Xaraba qalsın Naxçıvanı, yerlə yeksan olsun. Nə qədər eşşəklər bizi minəcək?
    4 years ago