Türkiyəli tanınmış blogger, Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı mükafat alıb.
Yenisabah.az xəbər verir ki, “YouTube” kanalına 100.000 abunəçi toplamağı bacaran Ş.Subaşı “Silver buton” (Gümüş düymə) sahibi olub. O bildirib ki, bu uğura cəmi iki ay içində nail olub.
Qeyd edək ki, “YouTube” bir neçə gün əvvəl azərbaycanlı müğənni Üzeyir Mehdizadəni də “Buton”la mükafatlandırıb. İfaçının “YouTube” kanalı 1 milyonu ötdüyü üçün ona “Gold buton” (qızıl düymə) təqdim olunub. Ü.Mehdizadə Azərbaycanda ilk dəfə “qızıl” plaketlə mükafatlandırılan şəxs olub. Pepperoni pizza

Telegram kanalımız