Pandemiya bir çox peşə sahibləri ilə bərabər müğənnilərin də “paxırını” açdı.
Məlum oldu ki, ekranlarda dəbdəbəli həyatı ilə göz qamaşdıran sənətçilər heç də göstərdikləri kimi yaxşı yaşamırlar.
Tez-tez verilişlərdə malikanələrini, lüks bağ evlərini, avtomobillərini nümayiş etdirən şou-biznes nümayəndələri pandemiya ilə birgə onları ya satışa çıxardı, ya da pulsuzluqdan gileyləndi. Sezar pizza
Mövzu ilə bağlı Yenisabah.az-a danışan şairə, teleaparıcı Nazilə Səfərli müğənnilərin bəzən məcburiyyətdən bu cür üsullara əl atdığını deyib:
“Müğənnilər bəzən özlərinin olmayanı göstərə bilirlər. Baxın, düşünün ki, jurnalist birdən müğənniyə zəng edir ki, gəlirəm sizin evinizə, çəkiliş edəcəyəm. Həmin müğənninin də evində xəstəsi, ağrıyanı var, boynunda ailə yükü var. Çatdırıb evini-eşiyini düzəldə bilməyib, amma cəmiyyətdə nüfuzu var. Həmin sənətçi bəs necə etsin? Axı həmin şəxs daxmasını göstərəndə onu ciddiyə almırlar. Bilirsiniz, bizim millət elədir ki, yazıq adamı toya da çağırmırlar. Kim ki, nimdaş paltardadır, evi-eşiyi lüks deyil, onu toya da çağırmırlar. Fikirləşirlər ki, əşşi, dilənçinin biridir, rədd olsun o tərəfə. Onun dərdindən yazıq müğənnilər dostundan, tanışından xahiş edir ki, “olar sənin evində çəkiliş edim?” Burada qəbahət olan bir şey yoxdur, bu başa düşüləndir. Həmin adam kiminsə evinə zorla girmir ki. Mən belə şeyə pis baxmıram”.
Şairə başqasının maşını ilə özünü reklam edən sənətçiləri qınayıb:
“Düzdür, bəzən gedib başqasının maşınını, əşyasını filan göstərirlər, bu düzgün deyil. Belələrini qınayıram. Çünki danışan sənin ağzındır, çağıran adam da səni danışmağın üçün çağırır. Nə məcburdur gedib kiminsə maşınında oturursan? Çıx küçədə danış da, səni küçədə yeyəcəklər?! Amma ev elədir ki, gərək hər kəsin evi olsun. Belə şeyə pis baxmıram, müğənni də insandır, ola bilər qayğıları var və s”.
Əsmətxanım
Telegram kanalımız