Son zamanlar valideynlər və övladları arasında yaranan fikir ayrılıqları, onların evdən qaçmağı ilə hətta intihara cəhdləri, ölüm halları ilə nəticələnir. Bəzənsə yeniyetmələr məktəbdən yayınır, özlərini kriminal aləmin üzvü kimi aparmağa çalışır.
Belə hallar daha çox yeniyetmələrdə baş verir. Onlar bu dönəmdə hər şeyə etiraz etməyə başlayılar.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan psixoloq Vəfa Əkbər bunu valideyn-övlad münasibətlərinin düzgün qurulmaması ilə əlaqələndirir. Sezar pizza
"Hər bir fərd yeniyetməlik çağında öz mənliyini daha ön plana çəkməyə can atır. Çox vaxt necə çəkəcəyini, hansı yollara əl atacağını, hansı ünsürlərdən istifadə edəcəyini bilmək o qədər də çətin deyil. Çünki uşağın ailədə gördüyü sevgi, diqqət, münasibət, ana və ata arasında olan münasibət uşağın necə mənliyini aktuallaşdırmasına təkan verir".
Psixoloq qeyd edib ki, əgər valideyn övladında hər hansı bir problemin olduğunu görürsə, o problemi öyrənməyə çalışmalıdır. O, övladının ona danışa bilmədiyi problemləri üzə çıxarmaq üçün konkret addımlar atmalıdır:

"Əgər ailədə dəyər sistemləri çox aşağıdırsa, sevgi, qayğı, anlayış, dinləmə yoxdursa, təbii ki, bu ailədə konfliktli, özünü daha çox ön plana çəkməyə ehtiyac duyan uşaqlar yetişir, çünki valideynlərin dava-dalaşı ön planda olduğu üçün uşağın mənliyi ikinci, üçüncü planda qalır.
Məhz bunun üçün də uşaq eqosunu qadağan olunmuş, hər kəsin qorxduğu, sanki tək onun hünər göstərdiyi mövzularda tətmin etməyə çalışır. O, sonu olmayan bir yola özünü vurur. Bu ilk növbədə, uşağın ailədən görmədiyi sevginin qəzəbidir, həm də ailənin buraxdığı, övladına verə bilmədiyi diqqətsizliyin nəticəsidir.
Hər şey ilk növbədə ailədən başlayır. Əgər ailə sağlam təməllər üzərindədirsə, valideyn uşağa diqqət yetirirsə, sevgi və qayğını əsirgəmirsə, uşağın problemləri ilə maraqlanıb, diktə yox, həqiqətən problemə həmdəm ola bilirsə, o zaman həmin yeniyetmə əsla yanlış yollara əl atmayacaq".
Əsmətxanım Rzazadə
Telegram kanalımız