Van Dammın gəlininə irad: “Azərbaycan dilində danış ki, səni anlayaq” - Video

saytların hazırlanması

Evə çatdırılma

Van Dammın gəlininə irad: “Azərbaycan dilində danış ki, səni anlayaq” - Video

Şou

02 İyun 2023 10:31 1161


Jan Klod Van Dammın gəlini, pianoçu Suada Hacızadə aylar sonra Vətənə qayıdıb. 

Yenisabah.az Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə musiqiçi sosial şəbəkə hesabında məlumat yayıb.

Paylaşımlarında ingilis və rus dillərindən daha çox istifadə etdiyinə görə izləyicilər Suadaya irad tutublar. Marqarita pizza

Bir nəfər yazıb: “Arada Azərbaycan dilində də danış ki, paylaşdığın videolarda nədən danışdığını anlayaq.

Getdikcə millətlə ayaqlaşırsan. Uzun dırnaq, pirsinq və s... Əvvələr isə belə etmirdin”.

S. Hacızadənin cavabı isə kinayəli olub:

“Millət ilə ayaqlaşırammış. İllərdir qulaqlarımda pirsinqlərim var və pianoda ifa edib, məşq etmədiyim bir ay olursa, uzun dırnaq edirəm. Burada heç bir problem görmürəm. Təki nəsə deyəsiniz”. 

Xatırladaq ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub. Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə qurub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!