Vardanyan Xankəndidən birdəfəlik gedir - Erməni qəzeti tarixi açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Vardanyan Xankəndidən birdəfəlik gedir - Erməni qəzeti tarixi açıqladı

Siyasət

20 Fevral 2023 22:10 3713


Separatçı Ruben Vardanyan yaxın günlərdə Xankəndini tərk edə bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Nəşrin yazdığına görə, bir müddətdir ki, Vardanyanın yaxın vaxtlarda “istefa” verəcəyi ilə bağlı məlumatlar dolaşır: "Məlumatımıza görə, artıq bu məsələ həll olunub və Rusiya buna qarşı deyil, ona görə də bir neçə günə “fərman” veriləcək”.

“Hraparak” qəzeti Vardanyanın Xankəndidən gedəcəyi “konkret tarix”i də göstərib. Mənbənin iddiasına görə, baş separatçı Araik Arutyunyan Vardanyanın “post”undan uzaqlaşdırılması xəbərini fevralın 23-də verəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!