Vasif Məhərrəmli həmkarı Ədalət Şükürovun xarakteri ilə bağlı danışıb.
“Yeni Sabah” xəbər verir ki, o,“Efirdən kənar” verilişində müğənni Ədalət Şükürov və Ceyhun Əliyevlə dostluğundan söz açıb.
Əməkdar artist bildirib ki, münasibətləri bu gün də davam etsə də, Ədalət Şükürov kifayət qədər sərt xarakterə malik insandır: Dördpendirli pizza
“Ədalət dost edəcəyim insandır. Ceyhun Əliyevlə də tez-tez görüşürük. Ədalətin çox tünd xasiyyəti var. Əgər yumşaq xarakterli Vasif olmasaydı, bizim ilk səyahətdə dava olacaqdı.
Ədalət kifayət qədər qəliz adamdır. Amma həm də yaxşı insandır. Biri od olanda, biri su olar. Ədalət oddur, mən isə suya çevrilmişəm. Hələ mənim od olub, Ədalətin suya çevrildiyini xatırlamıram”.
Aydan Hacı
Telegram kanalımız