ATV-nin “Günün sədası” proqramının budəfəki qonağı müğənni Manaf Ağayev olub.
Yenisabah.az xəbər verir ki, efirə telefonla bağlanan Vasif Məhərrəmli Manaf Ağayevlə arasındakı küsülülükdən danışıb:
“Manaf mənim dostumdur. Manafın ürəyi uşaq ürəyi kimidir. Bir anlıq bir söz deyər sonra peşmanlığın çəkər. Manaf hər halı ilə mənim dostumdur. Məndən bir balaca inciyə bilər, amma ailə arasında da küsülülük ola bilər. Əsas odur ki, barışmağa yer olsun. Manafla mənim aramda heç vaxt küsülülük olmayıb. Məni hara dəvət edib həmişə yanında olmuşam”. pizza mizza
Manaf Ağayev isə qarşılığında bildirib ki, Vasif mənim qardaşımdır:
“Vasif, açığı bilmək istəyirsənsə mənim qardaşımsan. O yazılara fikir vermə”.
Telegram kanalımız