Vasif Məhərrəmlidən sərt sözlər: Lüks həyat yaşamırsansa, axmaq adamsan -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Vasif Məhərrəmlidən sərt sözlər: Lüks həyat yaşamırsansa, axmaq adamsan - VİDEO

Şou

21 İyul 2026 09:46 169


Vasif Məhərrəmli "Efirdən kənar" verilişində lüks həyat, maddi imkan və həyatda balansı qorumağın vacibliyindən danışıb.

"Yeni Sabah" xəbər verir ki, Əməkdar artist heç vaxt konfort arxasınca qaçmadığını, lakin komfortlu yaşamağı sevdiyini bildirib:

"Lüks həyat axtarmamışam. Amma komfortlu həyatı kim sevmir ki?! Mən də sevirəm. Yaxşı evi də, yaxşı maşını da sevirəm. Bunları kim sevməz?! Amma mən buna başqa cür yanaşıram. Əgər maddi imkanın varsa, yaxşı ev alıb orada yaşamırsansa, ondan zövq almırsansa, bu mənə görə düzgün deyil. Eyni zamanda, maddi imkanın çatmadığı halda borca girib bahalı maşın, bahalı paltar almağa, sırf hansısa markanın pencəyini, şalvarını və ya ayaqqabısını geyinmək naminə özünü çətin vəziyyətə salmağa da qarşıyam. Pepperoni pizza

İmkanın varsa, sən yaxşı ev alıb ora köçmürsənsə, lüks həyat yaşamırsansa, axmaq adamsan! Bununla bərabər, insan həyatda balansı qorumalıdır. Qazancı nə qədərdir, gəliri nədir, xərci nə qədərdir, bunları hesablamalıdır. Həm də gələcəyini düşünməlidir. Mən bunları indi təcrübəmə əsaslanaraq deyirəm. Həyatda həm etdiyim, həm də sonradan peşman olduğum addımlar olub".

Müğənni qeyd edib ki, həyatda qazanılan təcrübələr insanın düşüncə tərzini dəyişir:

"Məsələn, kiməsə yaxşılıq edirsən, sonra qarşılığında pis münasibət görəndə peşman olursan. Amma bunu yaşamadan da həmin təcrübəni qazanmaq olmur. Bəzən elə hadisələr olur ki, onları yaşamadan insanların necə ola biləcəyini bilmirsən. Ona görə də hesab edirəm ki, insan hər zaman öz zəkasına güvənməli, qərarlarını ağılla verməlidir.

Yaxşı bir deyim var: "Allah ağlımızı əlimizdən almasın". Bu, sadəcə söz deyil, çox dərin mənası var. Həyatda elə insanlar görmüşəm ki, çox ağıllı olublar, amma sonradan psixoloji problemlər yaşayıblar. Buna görə də insan üçün ən böyük nemətlərdən biri sağlam düşüncədir".

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!