“Vasif Talıbovla qohum deyiləm” – Siyavuş Novruzov

“Vasif Talıbovla qohum deyiləm” – Siyavuş Novruzov

Siyasət

08 Dekabr 2022 13:28 13171


“Mənim Vasif Talıbovla heç bir qohumluq əlaqəm yoxdur”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında millət vəkili Siyavuş Novruzov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla qohumluq əlaqələrinin olması haqda yayılan məlumatlara münasibət bildirərkən deyib.

O, sözügedən iddianın həqiqəti əks etdirmədiyini vurğulayıb:

“Bu xəbər yalandır, həqiqəti əks etdirmir. Sadəcə, Vasif Talıbovun kürəkəni ilə soyadımız eynidir. Lakin yaxından-uzaqdan qohumluğumuz yoxdur”.

Qeyd edək ki, sosial şəbəkələrdə S.Novruzovun Vasif Talıbovun kürəkəninin əmisi olduğu iddia edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!