Amerika Birləşmiş Ştatları Şimali Atlantika Alyansına (NATO) üzv olan dövlətlərin hərbi bloka verdiyi dəstəyin səviyyəsinə görə xüsusi siyahı tərtib edib.
"Yeni Sabah" verir ki, bu barədə "Politico" nəşri üç avropalı diplomat və Pentaqon nümayəndəsinə istinadla yazı dərc edib.
Nəşrin məqaləsində vurğulanır ki, Ağ Ev tərəfindən bir növ NATO ölkələrinin "yaxşı" və "pislərə" bölündüyü siyahı yaradılıb.
Yazının müəllifləri qeyd edirlər ki, rəsmi Vaşinqton İranla müharibədə Amerika Birləşmiş Ştatlarını dəstəkləməkdən boyun qaçıran müttəfiqlərini cəzalandırmaq üçün üsullar axtarışındadır.
Mənbələrin sözlərinə əsasən, hesabat NATO-nun baş katibi Mark Ruttenin Vaşinqtona həyata keçirdiyi son səfər ərəfəsində ərsəyə gətirilib. Həmin sənəddə alyans üzvləri ittifaqa verdikləri töhfələrin miqyasına uyğun olaraq qruplaşdırılıb./Oxu.az
Telegram kanalımız