Vaşinqtonda Ermənistan səfirliyinin qarşısında “Xocalıya ədalət” tələb edildi - Fotolar
27 Fev 2021 00:32
365

Vaşinqtonda Ermənistan səfirliyinin qarşısında “Xocalıya ədalət” tələb edildi - Fotolar

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində “Xocalıya ədalət” (Justice for Khojaly) mitinqi keçirilib.

Yenisabah.az xəbər verir ki, Ermənistanın ABŞ paytaxtındakı səfirliyinin binası qarşısında Xocalı soyqırımının 29-ci ildönümü ilə əlaqədar toplaşan soydaşlarımız faciənin günahkarlarının cəzalandırılması, bu soyqırıma beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymətin verilməsini tələb ediblər.

ABŞ Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə keçirilən aksiyada Birləşmiş Ştatların bir çox şəhərlərində yaşayan diaspor fəalları və türk icmasının aktivləri iştirak ediblər.

Əllərində Azərbaycan bayraqları tutan nümayişçilər ermənilərin Xocalıda törətdiyi soyqırım haqqında tarixi faktlar səsləndirib, ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən mülki insanların fotolarını nümayiş etdiriblər.

Həmyerlilərimiz Xocalı soyqırımını törədənlərin dünya ictimaiyyəti tərəfindən tanınmasını və cinayətkarların beynəlxalq məhkəmə qarşısında cavab verməsini tələb ediblər, ABŞ ictimaiyyətinin Xocalı soyqırımı haqqında məlumatlanması üçün yerli medianın diqqətini çəkməyə çalışıblar.

Aksiyada ABŞ-da yaşayan aktiv diasporun üzvləri Elman Kərimov, Fərhad Anaroğlu, Zaur Bayramlı, Bədir Məmmədli çıxış edib, ermənilərin Xocalıda törətdiyi cinayətə dair tarixi faktlar səsləndiriblər.

Aksiyada ermənilər təxribat törətməyə çalışsalar da həmvətənlərimiz onlara məhəl qoymayıb. Aksiyanın sonunda Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, ABŞ Azərbaycanlıları Şəbəkəsi hər il Xocalı soyqırımı ilə bağlı Ermənistanın ABŞ paytaxtındakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirir.

/Report

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər