Vəfa Şərifovanı Naxçıvana kim aparıb? – “Burada nə var ki?”   - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Vəfa Şərifovanı Naxçıvana kim aparıb? – “Burada nə var ki?” - Açıqlama

Şou

30 Dekabr 2022 10:34 38963


Naxçıvandan gələn xəbərlər, Talıbovların malik olduğu səltənətin ayrı-ayrı elementləri barədə yazılar, fotolar və videomateriallardan görünən odur ki, “cənab sədr” və onun övladlarının bu illər ərzində topladığı sərvətin miqdarı milyardlarla ölçülür.

Yayılan məlumatlara görə, Vasif Talıbovun övladları müğənnilərin də bir çoxuna bahalı hədiyyələr verib, böyük ölçüdə “qonorarlar” ayırıb.

Onların sırasında Aygün Kazımova, Röya Ayxan, Damla, Nəfəs, Vəfa Şərifova və digərlərinin adı çəkilir. pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Vəfa Şərifovanın prodüseri bunların sadəcə şayiə olduğunu deyib:

“Vallah, bunların hamısı şayiədir. Heç Vəfa xanım özü bu barədə açıqlama vermək istəmirdi. Bunların hamısı boş söz-söhbətlərdir. Təşkilatçılar var, onların vasitəsilə Vəfa Şərifova gedib Naxçıvana, konsert verib, gəlib. Nə Vasif Talıbov ya onun ailəsi? Burada nə var ki? Konsert  “Cahan Holding”in təşkilatçılığı ilə keçirilib, müğənnilər də gedib konsert verib qayıdıblar, burada başqa söhbət ola bilməz”.

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!