Vəfat edən keçmiş səfir vəzifəli şəxsin qardaşıdır -   Ataları da vəzifədə işləyib

saytların hazırlanması

Evə çatdırılma

Vəfat edən keçmiş səfir vəzifəli şəxsin qardaşıdır - Ataları da vəzifədə işləyib

Siyasət

12 İyun 2026 09:38 5915


Ötən gecə vəfat edən keçmiş diplomat Dursun Həsənov vəzifəli şəxsin qardaşıdır.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, mərhumun qardaşı Ramiz Həsənov Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri postunda çalışır.

O, eyni zamanda Azərbaycanın Andorra Knyazlığındakı səfiridir. Pepperoni pizza

R.Həsənov bundan əvvəl də yüksək dövlət vəzifələrində işləyib.

O, 1997-2004-cü illərdə “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini, 2004-2005-ci illərdə Azərbaycanın Gürcüstandakı səfiri olub. 2005-ci dekabrın 14-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru vəzifəsinə təyin edilib. 2008-2018-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri işləyib.

2018-2021-ci illərdə xarici işlər nazirinin müavini olub.

Həsənov qardaşlarının ataları Ayvaz Həsənov da məşhur şəxsdir. A.Həsənov Gürcüstan SSR kənd təsərrüfatı nazirinin müavini, Gürcüstan Ali Sovetinin deputatı, Marneuli Rayonu İcraiyyə Komitəsinin sədri olub.

Qeyd edək ki, Dursun Həsənov 2016-2020-ci illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri olub.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!