Venesuelada iyunun 24-də baş verən iki güclü zəlzələdə ölənlərin sayı 6500-ü ötüb.
“Yeni Sabah” xəbər verir ki, rəsmi məlumatlara əsasən, zəlzələlərdən sonra 86 min nəfərin xəstəxanalarda müalicəsi davam edir. Dağıntılar altında neçə nəfərin qaldığı isə hələlik məlum deyil.
Hazırda ölkədə əsas diqqət dağılan ərazilərin bərpasına və təcili infrastruktur ehtiyaclarının qarşılanmasına yönəlib. pizza sifarişi
Qeyd edək ki, ABŞ Geoloji Xidməti iyunun 24-də Venesuelada 39 saniyə fasilə ilə 7,2 və 7,5 maqnitudalı iki zəlzələnin baş verdiyini açıqlamışdı.
BMT-nin İnkişaf Proqramının hesablamalarına görə, zəlzələlərin birbaşa səbəb olduğu maddi zərərin həcmi 6,7 milyard dollar təşkil edib.
Aydan Hacı
Telegram kanalımız