Vengerin uğurunu təkrarladı

saytların hazırlanması

Evə çatdırılma

Vengerin uğurunu təkrarladı

İdman

20 Yanvar 2025 15:28 251


Premyer Liqanın 22-ci turunun "İşpviç Taun"la oyunu "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub. 

Yenisabah.az xəbər verir ki, onun komandası rəqibini 6:0 hesabı ilə məğlub edib.

Nəticədə "şəhərlilər" Qvardiolanın rəhbərliyi altında 6 və ya daha çox qol vuraraq qalib gəldikləri oyunların sayını 13-ə çatdırıblar. Bu göstərici ilə mütəxəssis "Arsenal"ın sabiq baş məşqçisi Arsen Vengerin uğurunu təkrarlayıb. Pepperoni pizza

Hazırda Qvardiola yalnız Ser Aleks Ferqyusondan geri qalır. “Mançester Yunayted”in keçmiş çalışdırıcısının aktivində 14 belə matç var.

Qeyd edək ki, Qvardiola 2016-cı ildən “Mançester Siti"nin baş məşqçisidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!