İlin ortasında fəaliyyətə başlayan müəssisələrin vergi güzəştlərindən yararlanması ilə bağlı müəyyən suallar yaranır. Xüsusilə mikro sahibkarlıq subyekti kimi fəaliyyət göstərən və az sayda işçi ilə işə başlayan hüquqi şəxslər üçün orta aylıq işçi sayının hesablanması güzəştdən yararlanmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Bəs avqustda qeydiyyatdan keçən və 3 işçi ilə fəaliyyətə başlayan hüquqi şəxs 75 faizlik vergi güzəştindən yararlana bilərmi? Belə müəssisələrdə orta aylıq işçi sayı hesablanarkən göstərici təqvim ili üzrə 12 aya, yoxsa faktiki fəaliyyət göstərilən 5 aya bölünür?
“Yeni Sabah” xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin 75 faizinə güzəşt tətbiq edilir. Dominos pizza
Qeyd olunub ki, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.
Vergi ödəyicisi vergi güzəştinin tətbiqi üçün müəyyən edilmiş şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriyaya keçdikdə də müvafiq güzəşt mexanizmi tətbiq olunur. Belə halda hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır.
Bununla yanaşı, əmtəəsiz əməliyyatlar aparıldığı halda Vergi Məcəlləsi ilə müəyyən edilən vergi güzəşti həmin əməliyyatlardan yaranan gəlirlərə tətbiq edilmir.
Dövlət Vergi Xidmətindən xüsusi olaraq bildirilib ki, Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinin tətbiqi baxımından orta aylıq muzdlu işçi sayı faktiki fəaliyyət göstərilən dövrə uyğun müəyyən edilir.
Beləliklə, avqust ayında qeydiyyatdan keçən və ilin sonunadək 5 ay fəaliyyət göstərən müəssisədə orta aylıq işçi sayı hesablanarkən işçilərin sayının cəmi 12-yə deyil, 5-ə bölünür.
Aytac Əliyeva
Telegram kanalımız