“Verter effekti” nədir? - Bəzi xəbərlər intihar cəhdlərinin sayını artırır

saytların hazırlanması

Evə çatdırılma

“Verter effekti” nədir? - Bəzi xəbərlər intihar cəhdlərinin sayını artırır

Sosial

09 Sentyabr 2022 15:28 1482


Yeniyetmə intiharları tez-tez xəbər başlığı olur. Bəzi mənbələrdə intihar xəbərlərinin ölüm halların artımına birbaşa təsiri etdiyi iddia olunur və bu tip xəbərlərin yayılmaması tövsiyə edilir.

Psixoloq Tariyel Faziloğlu bildirir ki, intihar hallarının sosial mediada yayılması “Verter effekti”nə gətirib çıxarır:

““Verter effekti” mediada intihar hallarının yayılması nəticəsində yaranan intihar dalğasına verilən addır. Yəni intihar xəbərlərinin yayılması intihara cəhd hallarının da sayını artırır”. Dominos pizza

Psixoloq qeyd edir ki, intihar hallarının bədii üslubda yayılmasının, paylaşılmasının, bir sözlə, romantikləşdirilməsinin intihar hallarının artımına birbaşa təsiri çoxdur: “Belə olan halda, bəzi insanlarda, xüsusən yeniyetmələrdə intihara meyl artır. Bununla onlar özlərinə daha çox diqqət çəkə biləcəklərini düşünürlər”.

Tariyel Faziloğlunun sözlərinə görə, intihar hallarının artımına musiqinin də təsiri az deyil: “Yavaş, depressiv tonda olan musiqilər, əsasən, yeniyetmələrə ağır psixi təsir göstərə bilir. Bu, təsdiqini tapmış faktdır. İntiharın bədii film üslubunda vizuallaşdırılması da ciddi təsir gücünə malikdir. Məsələn, 1990-cı illərin sonlarında Murat Kekillinin “Bu akşam ölürüm” mahnısına çəkilən klipin göstərilməsi qadağan edilmişdi. Çünki həmin klipin göstərilməsi Türkiyədə intihar hallarının artımına ciddi təsir göstərmişdi. Ona görə də, Türkiyədə bir müddət həmin klipin televiziyaya verilməsi dayandırılmışdı. İntihar hallarının bu şəkildə vizuallaşdırılması təhlükləli haldır”.

Sosial media platformalarında yayılan trendlərdən söz açan T. Faziloğu bildirib ki, gənclərin bu trendlərə qoşulması gələcəkdə onların həyatında bir çox fəsadlara yol aça bilər:

“Psixoloji narahatlığın belə bir özünə məxsusluğu var ki, əgər hansısa psixoloji narahatlığın özündə olduğunu düşünürsənsə, bir müddət sonra həmin narahatlıq həqiqətən də öz əlamətlərini göstərməyə başlayır. Yeniyetmələrin sosial mediadan təsirlənərək bu tip problemləri özündə axtarması, hətta tapması nə qədər çox trend olacaqsa, bir o qədər də çox özündən sonra ciddi problemlər yaradacaq. Çünki psixoloji problemlər daha ağır, həm fizioloji, həm psixoloji problemlərin başlanğıc nöqtəsidir.

Əgər gənclər, yeniyetmələr bu problemləri bir trend olaraq görürsə və özündə bu xəstəliyi axtarırsa, deməli, həmin şəxs sonrakı mərhələdə bunun ona nə kimi narahatlıqlar gətirə biləcəyinin fərqində deyillər. “TikTok” trendlərinə qarşı biz tamamilə müdafiəsiz vəziyyətdəyik. Belə müdafiəsiz vəziyyətdə olmağımız da bizi gələcəkdə yeniyetmələrimizdə yaranan psixoloji problemlərə qarşı tamamilə əliyalın durmağımıza səbəb olacaq”.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!