Vəsilə Vahidqızına ağır itki üz verdi

saytların hazırlanması

Evə çatdırılma

Vəsilə Vahidqızına ağır itki üz verdi

Hadisə

22 Aprel 2026 12:01 209


Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri, tanınmış telejurnalist Vəsilə Vahidqızının anası Şəfiqə Mahmudova 85 yaşında vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, mərhum Bərdə rayonunun Qaradəmirçi kənd qəbristanlığında valideynlərinin məzarı yanında torpağa tapşırılıb.

V.Vahidqızı anasının vəfatı ilə bağlı sosial media hesabında yazıb:

“Anam müharibə görmüşdü, əsgərlər anası olmuşdu, həmişə qorxurdu, hər zaman narahat idi. Onun pəncərədən baxıb övladlarını gözləməsini min dəfə görmüşdüm. Bir neçə saatdır biz pəncərədən onu apardıqları yola baxırıq. Əbədiyyətə gedən yola. Ana hansı yaşda olur olsun, onu itirmək çox ağır imiş”.

Yas mərasimi Bakıda keçiriləcək.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!