Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Vətən Müharibəsi Qəhrəmanı korpus komandiri təyin edildi
23 İyl 2021 19:51
2748

Vətən Müharibəsi Qəhrəmanı korpus komandiri təyin edildi

General-mayor Kənan Əlihüseyn oğlu Seyidov - Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini - qərargah rəisi vəzifəsindən azad edilib.

Yenisabah.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, K.Seyidov 5-ci Ordu Korpusunun komandiri təyin olunub.

Qeyd edək ki, "Vətən Müharibəsi Qəhrəmanı" Kənan Seyidov 2003-cü ildə kapitan qismində "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. 11 il sonra, 2014-cü ildə isə Kənan Seyidov artıq polkovnik-leytenant kimi təltif olunub. O, İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalına layiq görülub. Həmçinin, Şuşa, Füzuli və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib

2016-cı ildə isə polkovnik-leytenant kimi Kənan Seyidov Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə, "İgidliyə görə" medalı alıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər