Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvləri güzəştli ipoteka kreditindən istifadə edə biləcəklər  - SƏRƏNCAM
04 May 2021 18:27
385

Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvləri güzəştli ipoteka kreditindən istifadə edə biləcəklər - SƏRƏNCAM

Güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin əhatə dairəsi genişləndirilir.

Yenisabah.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda əksini tapıb.

Beləliklə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları) güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər