Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan əsgəri İmanov Məmmədağa İqab oğlu Neftçala şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Yenisabah.az xəbər verir ki, rayonun Dalğa kəndində şəhidin yaşadığı evdə vida mərasimi keçirilib.
Qeyd edək ki, 2001-ci il təvəllüdlü M.İmanov 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. O, sonuncu dəfə sentyabrın 29-da Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı ailəsi ilə əlaqə saxlanılıb. M.İmanov döyüşlərdə itkin düşüb. Mayın 31-də onun nəşi tapılıb. pizza
Şəhid M.İmanov iki bacının tək qardaşı idi.
Allah rəhmət eləsin!
Telegram kanalımız