Vətəndaşların kartlarından 27 min manatdan çox pul oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

Vətəndaşların kartlarından 27 min manatdan çox pul oğurlandı

Kriminal

02 May 2025 10:14 358


Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.

Yenisabah.az xəbər verir ki, bu barədə DİN məlumat yayaıb.

Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır: Pepperoni pizza

"Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 1-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 13697, 7000, 2800, 2400, 723, 349, 220, 150, 104 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!