Vətəndaşların NƏZƏRİNƏ! - 1 fevral tarixindən...

saytların hazırlanması

Evə çatdırılma

Vətəndaşların NƏZƏRİNƏ! - 1 fevral tarixindən...

Sosial

30 Yanvar 2022 09:25 2424


Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əyani qəbulla bağlı qaydalara dəyişiklik edib. Vətəndaşlara xidmətlər onlayn növbə əsasında göstəriləcək. Bəs, onlayn qeydiyyat hansı platforma üzərindən və necə həyata keçiriləcək?

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi gələn aydan etibarən vətəndaşların əyani müayinəsini fərqli qeydiyyat əsasında aparacaq.

Agentliyin mətbuat katibi Gülnar Əzizova "Xəzər Xəbər"ə bildirib ki, COVID-19 virusunun yayılmasının qarşısını almaq, həmçinin, vətəndaş məmnuniyyəti və operativ xidmətin təmin edilməsi məqsədilə vətəndaşlara xidmət onlayn növbə əsasında göstəriləcək. pizza sifarişi

Qəbula yazılmaq üçün www.dtsera.az linki vasitəsilə qeydiyyatdan keçərək və ya +994 99 819 19 23 “WhatsApp” nömrəsinə fərdi məlumatlarınızı göndərərək onlayn növbə ala bilərsiniz.

Sözügedən portal artıq istifadəyə verilib. Gələn aydan agentliyə əyani müayinə üçün müraciət etmək istəyən şəxslər portal vasitəsilə qeydiyyatdan keçə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!