“Vəziyyətlə barışmalıyıq, artıq söhbətlər lazım deyil“  - Səkinə İsmayılova
08 Avq 2020 14:03
566

“Vəziyyətlə barışmalıyıq, artıq söhbətlər lazım deyil“ - Səkinə İsmayılova

“Şükürlər olsun ki, bizdə  təcili addımlar atıldı, lazımi tədbirlər görüldü. Yenə də vəziyyət pis deyil. Başa düşmək lazımdır ki, müvəqqəti çətinlikdir, dözməliyik. Neyləməliyik ki? Bu gün dövlətimiz  hər bir vətəndaşının yanındadır. Hamı üçün çətindir, amma daimi deyil”.

Yenisabah.az xəbər verir ki, sherg.az-a açıqlamasında Xalq artisti Səkinə İsmayılova deyib. Qeyd edib ki, əgər vətənimizi, torpağımızı, əzizlərimizi seviriksə, bu bəladan qurtulmaq üçün səbr etməliyik: “Toy olsun deyəndə düşünməliyik ki, insanlar xəstələnə bilər. Yəqin ki, həkimlərimiz boş danışmır. Bilirlər nə tövsiyə edirlər. Yoluxanlar var,  görürük, bilirik. Bəlkə də əvvəllər çoxu inanmırdı. Sonradan gördülər ki, doğrudan da virus var.  Pandemiya  gəlib elə məcraya çıxıb ki, tanışlarda, qohumlarda da yoluxanlar olur.  Ona görə də vəziyyətlə barışmalıyıq. Artıq söhbətlər lazım deyil”.

Sevilən sənətkar  maddi cəhətdən sıxıntıları olan müğənnilərə gəlincə vəziyyətin çətinliyini, qazanc yolunun olmadığını başa düşdüyünü deyib: “Özüm də bir ailənin, nəslin  başçısıyam. Baxmayaraq ki, toylara getmirəm, çox pul  qazanmamışam. Amma dövlətin, prezidentin verdiyi təaqüdüm var. Onunla  da hazırkı günlərdə yaxınlarımda imkanı olmayanlara yardım edirəm.

Biz Azərbaycan xalqıyıq. Əslində bir-birimizə kömək etməliyik. Amma imkanı olan da ağlayır, olmayan da... Bu da düzgün  deyil. İndi ancaq əl-ələ verməliyik. Yardıma ehtiyacı olanlara gücləri çatdığı qədər kömək eləsinlər. Müvəqqətidir, hər birimiz dözək. Dövlətimizin yanında olaq! 

İnanın, Mehriban xanımın hər çıxışı bir qadın, ana olaraq məndən təsirsiz ötüşmür. O da birinci xanımımız kimi, ana kimi hamımızın sağlam olmağını, bu bəladan zərərsiz keçməyini istəyir”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər