Video oyunlar uşaqların ölümünə səbəb ola bilər   - Xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Video oyunlar uşaqların ölümünə səbəb ola bilər - Xəbərdarlıq

Sosial

14 Oktyabr 2022 15:32 979


Video oyunları oynamaq uşaqlar üçün ölümcül ola bilər. 

Avstraliyanın Sidney şəhərindəki Uşaqlar üçün Ürək Mərkəzindən olan tədqiqatçılar müəyyən ediblər ki, həyəcan dolu tapşırıqlar diaqnoz qoyulmamış ürək problemləri olan uşaqlarda həyati təhlükə yaradan aritmiyalara səbəb ola bilər.

Yenisabah.az xəbər verir ki, “Daily Mail“də yer alan xəbərə görə, tədqiqatçılar video oyunları oynayarkən huşunu itirən 22 uşaq üzərində araşdırma aparıblar.  Dominos pizza

Onlar bəzi oyunların ölümcül ola biləcəyi barədə xəbərdarlıq ediblər. "Call of Duty" kimi hərəkətlərlə dolu oyunlarda ölümcül riskin yüksək olduğunu bildiriblər. 

Tədqiqata rəhbərlik edən Klair Lavli valideynləri oyun zamanı huşunu itirmə kimi hər hansı bir xəbərdarlıq əlamətinə ciddi yanaşmağa səsləyib:

“Video oyunlar aritmiyalı bəzi uşaqlar üçün ciddi risk yarada bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!