28 May - 16:59
“Vikipediya”da Şuşa ilə bağlı rumın dilində məqalələr  - Fotolar

“Vikipediya”da Şuşa ilə bağlı rumın dilində məqalələr - Fotolar

Digər

27 Yan 2022 18:03


“Şuşa İli” çərçivəsində “Qorqud” Vikipediya Metodik Klubu və Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının ortaq təşkilatçılığı ilə “Vikipediya”nın rumın dili bölməsində məqalələr zənginləşdirilir.

Bu barədə Yenisabah.az-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Bir neçə gündür ki, “Vikipediya”nın rumın dili bölməsində məqalələrin zənginləşdirilməsi davam edir. Belə ki, tarixi əhəmiyyət daşıyan Mehmandarovların evi, Zöhrabbəyovun evi haqqında onlayn ensiklopediyanın rumın dili bölməsində məqalələr yaradılıb. Məqalələr Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının sədri Vaqif Həsənov tərəfindən tərcümə olunur. Daha sonra klubun ekspertləri tərəfindən “Vikipediya”ya yerləşdirilir. Məqsəd “Şuşa İli” çərçivəsinə bu prosesə töhfənin verilməsidir. Qeyd edim ki, Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılan “Qorqud” Vikipediya Metodik Klubunun ekspertləri Qulamhüseyn Məmmədov, Ayxan Zayıdzadə, Sübhan Xıdırzadə və başqa könüllülər tərəfindən “Şuşa İli” çərçivəsində türk, rus, ingilis və digər dillərdəki bölmələrində də məqalələr yaradılır və əsaslı redaktələr aparılır”, - deyə Elnur Eltürk bildirib. 


Youtube kanalımız


Digər xəbərlər