Vilayət Eyvazov generalı təqaüdə göndərdi

Vilayət Eyvazov generalı təqaüdə göndərdi

Digər Veb saytların hazırlanması

28 May 2022 11:26 998


Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. 

Yenisabah.az xəbər verir ki, bununla bağlı Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Bu münasibətlə Ə.Ağayevi qəbul edən nazir daxili işlər orqanlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə ona təşəkkürünü bildirib, bundan sonrakı həyatında uğurlar arzulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!