Villadan antik əşyalar və başqa qiymətli əşyalar tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Villadan antik əşyalar və başqa qiymətli əşyalar tapıldı

Dünya

30 Dekabr 2022 15:46 1290


İstanbul Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi İstanbulun Kadıköy rayonundakı villaların birində vəhşi heyvan və bitki növləri üzrə beynəlxalq konvensiyaya daxil olan buynuz və heyvan hissələri aşkarlayıb.

Yenisabah.az xəbər verir ki, təxminən 6 ay villa sahibini təqib edən polis Təbiəti Mühafizə və Milli Parklar Müdirliyinin əməkdaşını sözügedən villaya müştəri kimi göndərib. Bundan sonra polis əməliyyata başlayıb.

Dəbdəbəli evin bir mərtəbəsində 485 cüyür buynuzu, 13 cüyür kəlləsi, 271 maral buynuzu, 55 maral buynuz parçası, 5 qoşabuynuzlu qırmızı maral kəlləsi, 2 buynuzsuz cüyür kəlləsi, 13 ədəd cüyür sümüyü aşkar edilib. Toyuqlu pizza

Bundan əlavə, evdən  29 antilop buynuzu, 50 ağquyruq buynuzu, 5 qoşabuynuzlu dağ keçisi kəlləsi, 20 dağ keçisi buynuzu, 5 bizon buynuzu da tapılıb.

Eyni zamanda, villadan yunan, Roma, Bizans və Osmanlı dövrlərinə  aid müxtəlif forma və ölçülərdə 29 ədəd çini qab, top mərmisi, sədəf naxışlı qaşıqlar, 35 Roma və İslam dövrü sikkələri, 4 ədəd ox ucu və s. müsadirə olunub.

Əməliyyat çərçivəsində ələ keçirilən heyvan hissələri Təbiəti Mühafizə və Milli Parklar Müdirliyinə, tarixi əsərlər isə Muzey Müdirliyinə təhvil verilib.

Mülk sahibi həbs olunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!