“Virusa meydan oxuyaq!” – Fləşmob + Video

saytların hazırlanması

Evə çatdırılma

“Virusa meydan oxuyaq!” – Fləşmob + Video

Rəqəmsal

17 Mart 2020 07:26 1752


İTV-də maraqlı virtual fləşmoba start verilib.  

Kanalın “Xəbərlər” proqramının aparıcısı Jalə Həsənli dünyada yayılmış koronavirus pandemiyasına qarşı pozitiv olmaq və qarşıdan gələn Novruz bayramını yüksək əhval-ruhiyyədə qarşılamaq üçün virusa meydan oxumağı təklif edib.  

İlk olaraq özü Tünzalə Ağayevanın repertuarından “Bu gün hər şey yaxşı olacaq” mahnısını səsləndirən diktor xanım estafeti digər dörd həmkarına ötürüb.   Sezar pizza

O, ARB TV-dən Anar Nəcəfli, ATV-dən Lalə Azərtaş, “Xəzər” TV-dən Xanım Yadigarlı və REAL TV-dən Səbinə Ağayevanı #virusameydanoxuyaq haştaqı ilə kampaniyaya qoşulmağa çağırıb.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!